Uşaqlar üçün qeyri-səlis məntiq
No Thumbnail Available
Date
2025
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Qanun Nəşriyyatı
Abstract
Description
Kitab qeyri-səlis məntiqin banisi, dahi Azərbaycan amerikan alimi Lütfi Zadənin arzusunu həyata keçirmək məqsədini güdür. Görkəmli alim bu nəzəriyyənin ən ümumi şəkildə məktəblərdə tədrisini arzu edirdi. Müəlliflər xəyali məktəbdə, xəyali sinif şagirdlərinin qeyri-səlis məntiq fənnini necə mənimsəmələrindən bəhs edir. Bu proses çətin və dolambaclı yollardan keçir. Nəhayətdə, oxucu şagirdlərin bu fənni sevdiklərinin şahidi olur. Qeyri-səlis məntiqin demokratiya prosesi ilə bağlı, süni intellekt sahəsində və bir çox başqa istiqamətlərdə özünü göstərən prinsipləri, müasir həyatımızda tutduğu yer, müxtəlif elm sahələrinə tətbiq mümkünlüyü və perspektivləri təkcə orta məktəb şagirdləri üçün deyil, həm də ayrı-ayrı elm sahələrində çalışan mütəxəssislər üçün maraqlı olacaq. Bu mənada kitabı oxuyanlar üçünyaş məhdudiyyəti yoxdur.
Keywords
Qeyri-səlis məntiq faseti, Qeyri-səlis məntiq, Demokratik yanaşım